Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda hökm sürən hava şəraiti ilə bağlı açıqlama – RƏSMİ
Sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.
Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.
A.M.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- 28 May qəsəbəsində evlərə dolan suyun çəkilməsinə başlandı
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- İşlədiyi şirkətin 75 min manata yaxın pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi
- Abşeronda üç nəfərə otuz min manatdan çox ziyan vuran şəxslər SAXLANILDILAR
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb