Lənkəranın Gəgiran kəndində tarix müəllimi olan 26 yaşlı Həbib Əlizadə ona hədiyyə olunan test və ya digər uşaqların oxuya biləcəyi kitabları məktəblilərin özlərinə paylamaq qərarına gəlib.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bunun üçün kitabları çantasına yığıb velosipedlə Astaranın ayrı-ayrı kəndlərinə gedir.
Həbib müəllim bunu məktəblilərin yay tətilini maraqlı dəyərləndirmələri üçün edir. O, veloturla hələlik 6 kəndə gedib. Harada məktəbli görürsə velosipedini saxlayır, çağırıb kitab hədiyyə edir.
Həbib Əlizadə yay tətili boyunca bu işinə davam edəcək. Müəllim getdiyi kəndlərin qısa videolarını sosial şəbəkələrdə paylaşır.
S.B.
www.oxu.az