İyunun 30-da “Arena” idman peyntbolu klubunda (Paintball Club “Arena” - www.paintball-arena.az) gənclər arasında Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümünə həsr olunmuş Çempionat keçiriləcək. Oxu.Az xəbər verir ki, turnirin əsas məqsədi yeni başlayan oyunçulardan ibarət yeni idman komandalarının yaradılması, sağlam həyat tərzinin təbliği və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsidir. Bir əyləncə növü kimi peyntbol Azərbaycanda çoxdan mövcud olsa da, idman növü kimi bir müddət əvvəl inkişafa başlayıb. Çempionatın qaliblərindən başqa, digər iştirakçılar aşağıdakı nominasiyalarda mükafatlandırılacaqlar: 1. Çempionatın ən gənc iştirakçısı 2. Ən cəsur oyunçu (kişilər arasında) 3. Ən cəsur oyunçu (qadınlar arasında) Çempionatın qonaqları üçün pulsuz tir təşkil olunacaq və burada aşağıdakı nominasiyalar üzrə mükafatlar oynanılacaq: 1. Kişilər arasında ən yaxşı atıcı 2. Qadınlar arasında ən yaxşı atıcı 3. Uşaqlar arasında ən yaxşı atıcı Qeyd edək ki, Oxu.Az saytı tədbirə informasiya dəstəyi göstərir. www.oxu.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin