Azərbaycanın Xəzər Televiziyasının aparıcısı Şəfa Mehmanqızı karyerasında dəyişiklik etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, teleaparıcı gələcək iş fəaliyyətini başqa istiqamətdə davam etdirmək niyyətindədir.
Onun sözlərinə görə, artıq işdən çıxmaq barədə telekanal rəhbərliyinə müraciət edib.
“Hazırda çalışdığım Xəzər Televiziyası ilə yollarımı ayırmaq qərara gəldim. Bununla bağlı olaraq, artıq ərizə ilə müraciət etmişəm. İş fəaliyyətimi başqa istiqamətdə davam etdirməyi düşünürəm. Yaradıcı heyətlə və rəhbərliklə aramızda heç bir narazılıq yoxdur. Əksinə, münasibətlərimiz çox yaxşıdır” – deyə, teleaparıcı bildirib.
Qeyd edək ki, Şəfa Mehmanqızı Xəzər TV-də “Bizim gün” verilişinin aparıcısı qismində çalışıb.