Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda qeyri-adi qəza: tank iki maşını vurdu – Foto + Yenilənib
Ötən gün Beyləqan rayonunun Milabad kəndi yaxınlığında qəza törədərək kanala düşən tank T-72 markalı olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ərazidəki hərbi hissələrdən birindən verilən məlumata görə, hadisə noyabrın 7-si günorta saatlarında baş verib.
Dəmir yolunun “Şahsevən” stansiyasından Beyləqana doğru hərəkət edən tank kalonunun önündə gedən tank əks istiqamətdə hərəkət edən avtomaşınlara maneə yaratmamaq üçün yolun kənarına çıxıb.
Nəticədə yolun kənarındakı iki avtomobili əzib və dayanacağı dağıdaraq kanala düşüb.
Tank kalonu Bakıdan Beyləqana gedirmiş.
10:30
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az “Jam.az” saytına istinadən xəbər verir ki, rayonun Minabad kəndi yaxınlığında hərbi hissəyə məxsus tank dayanacağı uçuraraq, onun yaxınlığındakı iki avtomobilin üstündən keçib.
Məlumatda deyilir ki, tank bunun ardından yaxınlıqdakı kanala düşüb.
Hadisə yerinə gələn hərbçilər və polis əməkdaşları çəkiliş aparmağa imkan verməyiblər. Hətta çəkiliş aparan bir neçə nəfər polis tərəfindən saxlanılıb.