Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda tibbi yardım maşınlarının xüsusi zolaqlarda hərəkət etməsi üçün icazələr alınıb
"Təcili tibbi yardım maşınlarının avtobuslar üçün ayrılmış xüsusi zolaqlarda hərəkət etməsi üçün müvafiq qurumlardan icazələr alınıb".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablayarkən deyib.
O bildirib ki, həmin maşınların müvafiq zolaqlara çıxması üçün vətəndaşlar yol verməlidirlər:
"Əvvəllər təcili yardım maşınlarına yol vermək ciddi problem idi. İndi isə bu, daha yaxşı haldadır. Təcili yardım maşınlarının gecikməməsi üçün vətəndaşlar müvafiq zolaqlara təcili yardım maşınlarının çıxmasına yol verməlidirlər".
Qurum rəsmisi qeyd edib ki, təcili tibbi yardım maşınlarında xəstə daşınmadığı zaman səs və işıq siqnallarından istifadəyə icazə verilmir:
"Əgər avtobusda xəstə daşınırsa, bu zaman səsgücləndiricidən və işıq siqnallarından istifadəyə icazə verilir. Əks halda bunun istifadəsi yolverilməzdir. Çünki bu, vətəndaşların rahatlığını pozan bir haldır. Təcili yardım maşını xidmət göstərdikdən sonra müvafiq ünvanına qayıdanda bu siqnallara ehtiyac yoxdur".
Aygün Mirakif
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov: "Dünyada ana və uşaq ölümlərinin artması müşahidə olunur"
- 2024-cü ildə neçə cərrahi əməliyyat icra olunub?
- Əhaliyə ödənişsiz əsaslarla göstərilən tibbi xidmətlərin sayı açıqlandı
- Azərbaycanda tibb müəssisələrinin 131 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
- İşğaldan azad olunan ərazilərdəki tibb müəssisələri TƏBİB-in tabeliyinə veriləcək?
Rəylər