Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda vətəndaş polisi dişləyib
Zaqatalada polis əməkdaşına xəsarət yetirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hadisə ötən gecə Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Zaqatala şəhər sakini, 35 yaşlı Səbuhi Qurban oğlu Allahverdiyev aralarında yaranmış mübahisə zəminində, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri, 1981-ci il təvəllüdlü Atayev Nəcməddin Murtuzəli oğlunun qulağını dişləyib.
Bundan başqa S.Allahverdiyev polis əməkdaşının sinə nahiyəsinə də xəsarət yetirib.
Polislə qarşıdurma zamanı S.Allahverdiyev də xəsarət alıb.
Hər iki yaralı Zaqatala MRX-ya müraciət edib.
Xəstəxanadan həmçinin bildirilib ki, polis əməkdaşı N.Atayev və vətəndaş S.Allahvediyevə ilkin tibbi yardım göstərilib, daha sonra onların hər ikisi ambulator müalicə almaq üçün evə buraxılıb.
Zaqatala Rayon Polis Şöbəsindən təsdiqləsələr də, əlavə məlumat verilməyib: “Faktla bağlı araşdırma aparılır”.
"Zaqatala" teqi üzrə xəbərlər
- Nurulla Siracov arzusuna çatdı - Həyat yoldaşı sağ tapılıb
- Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
- Eyni evdən iki itki: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU