Bu ilin 7 ayı ərzində Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 800 milyon manat vəsait yönəldilib, onun 66,3% tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 23,3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 37,9% artıb.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 5 milyard 500 milyon manat, qeyri-dövlət müəssisələri isə 3 milyard 300 milyon manat vəsait xərcləyib.