Bu gecə dünyasını dəyişmiş Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev dəfn olunub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, A.Vəliyev ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
11:25
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün saat 15:00-da İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Oxu.Az bildirir ki, bunu APA-Economics-ə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildiriblər.
09:56
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı Trend-ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.
Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun dəfni bu gün baş tutacaq.
Allah rəhmət eləsin!