Azərbaycanın ən hündür və ən balacaboy adamı bir araya gəlib.
Oxu.Az Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, 2 metr 25 santimetr boyu olan Aqil Sadıqzadə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində, 1 metr 10 santimetr boyu olan Nuşirəvan Rəhimov isə rayonun Yuxarı Aran kəndində yaşayır.
Onlar mütəmadi olaraq görüşürlər.
N.Rəhimov Gəncə Dövlət Universitetini bitirib. Ailəlidir, 1 qızı var. Boyunun qısa olmasını isə “Allahın verdiyi pay” kimi qiymətləndirib.
A.Sadıqzadə orta məktəbi bitirəndən sonra boyu sürətlə uzanmağa başlayıb. Problemi iş tapa bilməməsidir. İndiyə kimi bir işdə ən çox iki gün işləyə bilib.
Hər ikisi filmə çəkilmək istəyir.
E.Ə.
www.oxu.az