Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanlı nazir iki ölkə ilə COP29-a hazırlıq prosesini müzakirə edib - YENİLƏNİB + FOTO
Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
13:22
Azərbaycanla Almaniya arasında COP29-a hazırlıq prosesi müzakirə edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
Rəylər