Azərbaycanlı dizayner Samir Sadıqovun – Türində (İtaliya) Avropa Dizayn İnstitutunun (IED) məzunu – dizayneri olduğu “sportcar” artıq satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, onun təklif etdiyi dizaynda maşını BEAST™ 300 (129,000 ABŞ dolları) və BEAST™ 500 (149,000 ABŞ dolları) artıq sifariş etmək mümkündür.
Samir Sadıqovun dizayn etdiyi “sportcar” 2,7 saniyə ərzində saatda 96 km sürət yığır və 500 at gücünə malikdir.
Xatırladaq ki, Samir Sadıqov 2011-ci ildə Ferrari Xezri Competizione Edition layihəsinin Ferrari World Design Contest dizayner müsabiqəsində ikinci yeri tutması ilə tanınır. Bundan başqa, o, “Cadillac C-Ville” və “XTS” avtomobillərinin dizaynını hazırlayıb.
Azərbaycanlının dizayneri olduğu avtomobillə bağlı ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: http://www.radsupercars.com/rezvani-beast-performance/
Elvin Əhmədov
www.oxu.az