Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb
"Azərkosmos" və Monakonun peyk operatoru "Monacosat S.A.M" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, sənədin imzalanması "Azərkosmos"un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.
İmzalanmış Anlaşma Memorandumu iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
"Azərkosmos" və "Monacosat" arasında qurulan bu strateji tərəfdaşlıq, hər iki şirkətin peyk və kosmik texnologiyalar sahəsindəki imkanlarını genişləndirməyə xidmət edəcək.
"Azərkosmos" teqi üzrə xəbərlər
- Alper Gezeravcı: "Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir"
- "Azərkosmos" və "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb
- TDT-yə üzv ölkələrin kosmik agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin görüşü keçirilib
- Dunay Bədirxanov: "Türk dövlətlərinin həmrəyliyi yalnız simvolik deyil, həm də strateji zərurətdir"
- "Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq