Tovuzda 9 yaşlı oğlanı it dişləyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Abulbəyli kənd sakini, 2008-ci il təvəllüdlü Abdiyev Nural Vüsal oğlu küçədə gedərkən it ona hücum edib.
Bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
E.Ə.
www.oxu.az