Bakıda uşaq dənizdə boğulub.
Bu barədə Oxu.Az Daxili işlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, avqustun 19-da Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində qəsəbə sakini azyaşlı Vəsail Miriyev dənizdə boğulub. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.