Bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında mübahisə yaşanıb.
Oxu.Az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, mübahisənin yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub.
Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq mübahisəni alovlandıran Rövşən Muradov daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.
Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları isə yaranan gərginliyi sakitləşdirməyi bacarıblar.
N.О.