Bakı metropolitenində biabırçı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, azyaşlı dilənçilər metroda vaqonun içinə daxil olaraq vətəndaşların üstünə cumub, ayaqlarından yapışıb və bildiriblər ki, “pul verməsən gedən deyiləm”.
Vətəndaşlar isə həmin dilənçilərə, “durmasan, indi polisi çağıracam” desə də, dilənçi cavabında “Sən niyə çağırırsan ki, istəyirsən özüm çağırım elə...” deyə bildirib.
Qeyd edək ki, son zamanlar Bakı metropolitenindən istifadə edən sərnişinlər metroda dilənçilərin çoxalmasından şikayət edirlər.
Oxu.Az hadisə ilə bağlı görüntünü təqdim edir:

Elvin Əhmədov
www.oxu.az