Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı metrosunda qatarların hərəkətində yubanma olub
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.
Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
- Bakı Metropoliteninin yeni rəisi kimdir? - DOSYE
- İlham Əliyev Zaur Hüseynovu vəzifəsindən AZAD ETDİ - Yeni TƏYİNAT
- Metronun "Sahil" stansiyasında eskalatorun hərəkəti DAYANDI: SIXLIQ YARANDI
- Bakıda inşa edilən yeni metro stansiyasının tikintisi dayandırıldı
Ən çox oxunanlar
Rəylər