Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
"Hadisə bu gün saat 07:15-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci kilometrliyində qeydə alınıb. Saməddin Sübhü oğlu Əhədovun idarə etdiyi MAN markalı, 88-CH-016 dövlət nömrə nişanlı yük avtomobilində nasazlıq yarandığından sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücü yüngül dərəcəli xəsarət alıb", - deyə məlumatda bildirilir.