Gürcüstan Dəmir Yollarına məxsus olan qatarın Bakıda təmir edildiyi bildirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-a faktı təsdiqləyiblər.
Qurumdan bildirilib ki, görüntülər Biləcəri lokomotiv deposunda çəkilib. Gürcüstan Dəmir Yollarına məxsus "Stadler Rail Group" şirkətinin istehsalı olan qatarın 1 ədəd vaqonu, həmçinin "Stadler" markalı ikimərtəbəli qatarın 16 ədəd arabacığı adıçəkilən depoda təmir edilərək təhvil verilib.
Qaynar xətt:
(055) 224 12 12