Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “RENAULT” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin meyidini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
A.M.