Son günlər Azərbaycan-Ermənistan sərhəddi və qoşunların təmas xətti boyunca baş verən atəşkəs pozuntusu nəzərləri cəbhəyə yönəltdiyi üçün AzadlıqRadiosu paytaxt sakinləri arasında video-sorğu keçirib.
Oxu.Az xəbər verir ki, Bakı sakinləri onlara ünvanlanan sualları cavablandıraraq bildiriblər ki, onlar cəbhənin son vəziyyəti ilə bağlı dəqiq və tez-tez yenilənən məlumat bilmək istərdilər.
Sakinlər qeyd edirlər ki, onlar mənfi və ya müsbət, lakin həqiqəti əks etdirən xəbərləri eşitmək istəyirlər. Sorğu zamanı məlum olur ki, vətəndaşları daha çox maraqlandıran məsələ şəhidlərin sayı ilə bağlı son və dəqiq məlumat, cəbhədə xidmət edən əsgərlərin son durumu və ordumuzun hansı əraziləri geri almasıdır.
Respondentlər sorğu zamanı vurğulayırlar ki, televiziya və mediadakı xəbərlər çox fərqlənir.
“Biri deyir 5 nəfər ölüb, digəri deyir 15 nəfər” - vətəndaşlardan biri deyir.
Elvin Əhmədov
www.oxu.az