Dünyaca məşhur modellər Keyt Moss və Naomi Kempbell Bodruma istirahətə yollanıblar.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, ötən il Bodrumu kəşf edən Keyt yaxın rəfiqəsi Naomiyə də oranı tövsiyə edib.
Ulduzlar bu dəfə tək deyil, birlikdə Bodruma gedibər. Səyahət etdikləri hər yerdə söz-söhbət yaradan rəfiqələr bu dəfə foto çəkdirmək istəyən xanımı əlləri ilə itələyiblər. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Təhlükəsizlik işçiləri məsələni aydınlaşdırıb vəziyyəti sakitləşdirsələr də, Keyt və Naomi məkanı tərk ediblər.