Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə dünən saat 22:00 radələrində yolun 38-ci kilometrliyində, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rüfət Yengibar oğlu Bədəlbəyli idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə yolu keçmək istəyən Rasim Şahvələd oğlu İslamovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər