Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən iyulun 9-na qədər Bakı Şəhər Təcili Tibbi Yardıma günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub.
Oxu.Az Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin şəxslərdən 8-ə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib.
Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib və evlərinə buraxılıb.