Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda 30 ağac aşdı
Paytaxtda başlayan güclü külək 8 ağacı kökündən çıxarıb.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
O bildirib ki, əsasən Nəsimi, Yasamal və Nərimonov rayonlarında ağaclar kökündən çıxıb:
“Hazırda küləyin sürəti 35 m/s-i keçib. Bu da Bakı üçün fırtına deməkdir.
Hazırda güclü küləyə görə 30-dan çox ağac aşıb. 4 və 5 rayonda maşının üstünə düşən xeyli ağaclar var. Ən çox isə Nəsimi, Yasamal və Nərimanovda bu hadisələrə rast gəlinib. Amma kiminsə xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.
Sevinc Yasinqızı
Rəylər