Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
Toy karvanında olan “KİA” markalı avtomobil qarşıdan gələn “BMW” markalı maşınla toqquşub.
Hadisə zamanı sürücülərdən biri xəsarət alıb. Digər yaralıların olduğu da bildirilir.
Faktla bağlı araşdırma aparılır.