Avqustun 7-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Böyükşor qovşağında (metronun Koroğlu stansiyasının yaxınlığı) ağır yol qəzası baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Prospektində qəzaya uğrayan “Mercedes C Class” markalı avtomobil partlayıb və yanmağa başlayıb.
Hadisə nəticəsində 1 nəfər elə maşında yanaraq ölüb, 1 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yanan avtomobil Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, qəzadan sonra ərazidə böyük tıxac və təşviş yaranıb.

www.oxu.az