Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində hərəkətdə olan “Renault” markalı avtomobil qızı ilə yolu keçmək istəyən 57 yaşlı Zöhrə Əhmədovanın vurub. Nəticədə ana ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas edə bilməyiblər.
Hadisə yerində polis əməkdaşları müayinələr aparıbcəlb olunub. Sürücü saxlanılıb, avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.