Bakıda avtomobil təmiri sexi və VAZ markalı avtomobil yanıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 50 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobili yanıb.
Nazirlikdən bildirirlər ki, yaxınlıqda olan qarajlar yanğından mühafizə olunub.
L.Ə.