Binəqədi rayonunda kişi meyiti tapılıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsində bildiriblər.
Məlumdur ki, meyit C.Xəndan küçəsində yerləşən, 1№-li kombinat yaşayış-tikinti ərazisində tapılıb. Patoloqoanatomlar meyitin vəziyyətinə görə kişinin 4 aydan çox müddət bundan öncə öldüyünü müəyyən ediblər. Təxminən 50-55 yaşlarında olan kişi bədəninin bir hissəsi artıq skeletə çevrilib. Meyitin bu qədər gec tapılmasının səbəbi kombinatın ərazisinə nadir hallarda adamların gəlməsi ilə izah edilir.
Hal-hazırda ekspertlər ölümün səbəbini araşdırırlar.
Bununla yanaşı, Binəqədi RPİ-də qeyd edilib ki, kişinin şəxsiyyəti demək olar ki, müəyyənləşdirilib. Bu, iki il bundan öncə qarətə görə məhkum edilən Etibar adlı şəxsdir. Yeri gəlmişkən qarət hadisəsi də Binəqədi rayonu ərazisində baş verib. Etibar cəzasını çəkib azadlığa çıxsa da tüfeyli həyat sürməyə davam edib.
Fakt üzrə araşdırma davam edir.