Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən, 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq, aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
7 aprel
"Azadlıq Prospekti" metrostansiyasının çıxışında tikilən binada təxminən 30-35 yaşlarında olan fəhlə ehtiyatsızlıq nəticəsində, binadan yıxıldığı barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, azxeber.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yerinə gec də olsa, 2 təcili tibbi yardım gəlib və hadisə yerinə gəlmələrinə baxmayaraq fəhləyə heç bir müdaxilə edə bilməyib.
Orta yaşlı fəhlə həyatını itirib. Bir müddət sonra təcili yardım ərazini tərk edib.
Hadisə yerindən olan video görüntüü və ən son fotonu təqdim edirik.
E.Ə.
www.oxu.az