Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda "Nissan"la toqquşan BMW səkiyə çıxdı
Ötən gecə Bakının Xətai rayonu 8 Noyabr prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, BMW və "Nissan" markalı avtomobillər toqquşub.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə gecə saat 1:24-də baş verib:
"BMW markalı nəqliyyat vasitəsi əvvəlcə "Nissan" markalı avtomobilə, daha sonra yol kənarında olan maneələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qubada məktəblini maşın VURDU
- Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır
- Rusiyada ağır avtomobil qəzası: Moskvaya gedən yol bağlandı
- Pakistanda sərnişin mikroavtobusu dərəyə aşdı: 10-dan çox ölən, 20 yaralanan var
- Şəkidə QƏZA: Ata həlak oldu, xəsarət alan iki nəfərin son vəziyyəti AÇIQLANDI
Ən çox oxunanlar