Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücumla bağlı saxlanılanlar var.
Oxu.Az-ın məlumatına görə, əməli törədən iki nəfər polis tərəfindən müəyyən olunub.
Qeyd edək ki, hücum nəticəsində mühafizəçi xəstəxanaya yerləşdirilib.
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb.
Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.
Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.