Bakının Nərimanov rayonunun Faiq Yusifov küçəsində su xəttində qəza baş verib.
Ərazidə yaşayan sakinlərin Oxu.Az-a bildirdiklərinə görə, boru xəttində baş vermiş qəza ilə əlaqədar həmin küçədən keçən yol suyun altında qalıb.
Məsələ ilə bağlı müraciət etdiyimiz “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə bildirdilər ki, artıq onlara bu qəza ilə bağlı məlumat daxil olub.
“Faiq Yusifov küçəsindən keçən su xəttində sızıntı baş verib. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət etmişik, çünki təmir işlərinin görülməsi üçün asfalt örtüyünün qazılması lazımdır. Günün sonunadək qəzanın nəticələrinin aradan qaldırılmasına çalışacağıq”.
Elvin Əhmədov
www.oxu.az