Bakıda fərdi yaşayış evində başlayan yanğın söndürülüb.
Oxu.Az-ın FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda bir-birinə bitişik, arakəsmələri taxtadan ibarət ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 30 kv.m, ümumi sahəsi 78 kv.m olan ikimərətəbli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m və ümumi sahəsi 125 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m (ümumi 90 kv.m) sahədə yanıb.
Yüksək temperaturdan ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə 2 ədəd plastik pəncərə əriyib. Evlərin qalan hissələri yanğından mühafizə olunub.
14:51
Bakının mərkəzində yaşayış evində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, hadisə Nəsimi rayonunun 3-cü Alatava yaşayış massivində baş verib.
Ərazidə bir mərtəbəli fərqi yaşayış evində qəfil yanğın baş verib.
Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
S.B.
www.oxu.az