Bakıda gecə klubunda yanğın hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, yanğın “Forsage Events Hall” adlı gecə klubunda baş verib.
Obyektin tavanının 24 kvadratmetrlik hissəsi yanıb. Yanğınsöndürmə briqadasının müdaxiləsindən sonra yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın söndürüldükdən sonra yanmış əşyalar binadan çıxarılıb.
İlhamə Əbülfət