Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda gecə saatlarında ağır qəza: Çoxtonnajlı maşın daşıdığı yüklə birlikdə aşdı, yaralanan var
"Bakının Nizami rayonu, Keşlə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü yüngül xəsarət alıb".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) təbliğat üzrə inspektoru polis baş leytenantı Rüstəm Əhmədli verib.
"Hadisə "KamAZ" markalı 77-LS-453 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, 1971-ci il təvəllüdlü Qədir Rzalı oğlu Musayevin idarəetməni itirməsi səbəbindən baş verib. Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb".
Ötən gecə Bakının Nizami rayonu, Keşlə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Kadrlarda içi armaturla dolu yük maşınının körpünün altında aşdığı görünür.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ
- Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb, çoxlu sayda xəsarət alan var
- Gəncədə AĞIR QƏZA - Ölən və yaralılar var
- Binədə ağır AVTOQƏZA: VAZ-2107 elektrik dirəyinə ÇIRPILDI
- Gecə saatlarında gənc dəhşət saçdı: Avtomobil idman zalına çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR