Bakıda güclü yanğın hadisəsi baş verib.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, Xəzər rayonunda beşmərtəbəli, 6 bloklu yaşayış binasının alkapondan ibarət divar üzlüyü və dam örtüyü yanıb.
Yanğına səbəb binanın işıqlandırılması üçün quraşdırılan işıqlandırma sistemində yaranan nasazlıq göstərilir.
Yanğın nəticəsində zərərçəkənlər var. 6 nəfər tüstüdən zəhərlənib.
Yanğının qarşısı hadisə yerinə gələn yanğınsönənlər tərəfindən alınıb.
23:07
Bakıda beşmərtəbəli bina yanır.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının alkapondan ibarət divar üzlüyü və dam örtüyü yanır.
Hal-hazırda hadisə yerində yanğınsöndürmə işləri davam edir.