Əfsanəvi aktyor Leonard Nimoy dünyasını dəyişib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət TV aləminə damğa vuran məhşur “Star Trek” serialında Mr. Spock obrazını canlandıran aktyor müalicə aldığı xəstəxanada vəfat edib.
Aktyorun həyat yoldaşı Susan Bay Nimoy açıqlamasında onun tənəffüs yolunda siqaret çəkdiyi üçün problem olduğunu, 83 yaşında həyatdan getdiyini bildirib.
Qeyd edək ki, aktyor eyni zamanda rejissor və fotoqraf kimi fəaliyyət göstərmiş, “3 adam və 1 uşaq”, “Star Trek 3” və “Star Trek 4” ən reytinqli filmlər sırasına daxil edilmişdi.