Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yangın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.