Bakıda itkin düşən məktəbli qız tapılıb.
Oxu.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün itkin düşən 1999-cu il təvəllüdlü N. K. evinə qayıdıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən gün, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. saat 14:00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər olmayıb.
A.M.