Bakı şəhəri, Sabunçu rayonu ərazisində kanalizasiya xəttinin keçdiyi hissədə torpaq qatı çöküb.
Bu barədə Oxu.Az-a vətəndaşlar məlumat veriblər.
Bakıda kanalizasiya xəttinin keçdiyi ərazidə torpaq qatı çökdü - VİDEO
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən saytımıza bildirilib ki, baş verən qəza aradan qaldırılıb:
"Ərazidəki tullantı su xəttində qəza baş verib. Əraziyə briqada cəlb edilib. Tullantı su xəttindəki çökmə aradan qaldırılaraq bərpa edilib".
Bakıda kanalizasiya xəttinin keçdiyi ərazidə torpaq qatı çökdü - VİDEO