Hindistanın şimal-şərqində şiddətli yağışlar səbəbindən torpaq sürüşməsi baş verib. Nəticədə ərazidə inşa edilən tunel çöküb və ən azı doqquz işçi həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Torpaq qatı tunelin girişini bağlayaraq daxildəki işçilərin çıxış yolunu kəsib.
Hazırda içəridə 20-dən çox insan var. Doqquz nəfərin öldüyü artıq rəsmən təsdiqlənib. Tuneldə qazın olması axtarış-xilasetmə işlərini çətinləşdirir: köməksiz qalan işçilərə çatmağa çalışan bir neçə nəfərin başı gicəllənib və onlar huşunu itiriblər.
Qazın torpaq sürüşməsi nəticəsində zədələnmiş yeraltı qatlardan və ya dağ süxurlarından sızdığı güman edilir. Hindistanın şimal bölgəsində yağış mövsümü iyunun sonundan sentyabradək davam edir. Bu dövrdə əraziyə illik yağıntı normasının böyük bir hissəsi düşür.