Qış fəslinin ən soyuq aylarından olan yanvarın sonunda dəniz kənarında ecazkar gecədən daha yaxşı nə ola bilər?! Məhz şən ab-havada, əfsanəvi “ABBA” qrupunun sevilən hitləri sədasında möhtəşəm rəqslər.
Beləliklə, “Active Mom's Club” yüksək əhvali-ruhiyyədə, Yunanıstanın isti ab-havasında öz üç illiyini qeyd etdi. Bu ölkənin isti iqlimi, dənizi, ləziz təamları, sevgisi və ən əsası rəngarəngliyi gecəni unudulmaz etdi. Tədbirlərin təşkili xidməti olan “Çələng” kompaniyası tərəfindən təşkil olunan “Mamma Mia” tematik gecə yeni və köhnə tanışların bir araya gəlməsi üçün ləziz şərabdan dadmaq və unudulmaz gün yaşamaq üçün vasitəçi oldu. Bu möhtəşəm gecədə cəmiyyətin üzvü olan 70-dən çox ana bəyazlara bürünmüşdü.
“Active Mom's Club”un analarının “Mamma Mia” müziklından ifa etdikləri rəqsləri, hədiyyələr, maraqlı sürprizlər, yaradılan yunan atmosferası gecəyə möhtəşəm ab-hava bəxş etdi. Gecədə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, şəxsi inkişaf sahəsində beynəlxalq koç Nini Karseladze və 15 illik Yoqo təcrübəsi olan Olqa Yeqorova öz təbriklərini səsləndirdilər. Anaları həmçinin cəmiyyətin tərəfdaşları da dəyərli hədiyyələrlə təbrik edərək cəmiyyətə də daim inkişaf etməsi üçün ən xoş arzularını çatdırdılar.
Milli brend “Chelebi Furnite & Decor” öz əl işlərini, Almaniyanın qabaqcıl firması “Villeroy & Boch” zərif məhsullarını, zövqlü bjüteriyaları ilə seçilən “Xtravaganza”, “Active Mom's Club”un ən yaxın dostlarından biri “Altay Maralı”, “Kepro” estetik klinikası, Yaponiyanın nanikosmetika firması “ForlleD”, Ukraynanın ləziz mətbəxi ilə tanınan “Soloxa”, “Kids business Dialogue” mərkəzi, “Ali və Nino” kitab mağazası, “Print art” sənədləşdirmə mərkəzi cəmiyyətinin üzvü olan hər bir ana üçün bir-birindən dəyərli hədiyyələr bəxş etdi. “Park Cinema” isə gecədə iştirak edən bütün anaları 10 fevralda yenidən bir araya toplayaraq “La-La Land” filminə baxmağa dəvət etdi.
“Active mom’s Club” 3 il əvvəl yaradıcı, nikbin anaları bir yerə cəmləmək məqsədi ilə təsadüfi ideya olaraq yarandı. Kiçik bir ideya artıq öz ətrafında müxtəlif peşə sahibləri olan anaları, nənələri, qadınları birləşdirən böyük bir cəmiyyətə çevrilib. Cəmiyyət haqqında məkumat verən təsisçi Ruhiyyə Əşrəfli bildirdi ki, həmin anaları təkcə övladlarının təhsil və tərbiyəsinin keyfiyyəti yox, həm də özlərinin inkişafı narahat edir. Cəmiyyətin işi klubun fəaliyyətindən, maraqlı görüşlərdən, ictimai tədbirlərdən ibarətdir. Təşkilatın cari il üçün planları, mövcud layihələrin - “Faydalı səhər yeməyi”, “Ailəvi gəzinti”, “Qadın xoşbəxtliyinin emalatxanası”, “ARTmosfera”nın inkişafı və bir neçə yeni layihəyə başlamaqdır.
Cəmiyyətin üzvü olmaq və tədbirlərdə aktiv iştirak etmək üçün klub kartını əldə etmək lazımdır. Kartı (055) 365 45 71 əlaqə nömrəsindən əldə etmək mümkündür. Analar cəmiyyətinin fəaliyyəti, yaxın gələcəkdə keçiriləcək tədbirlər haqqında məlumat almaq üçün cəmiyyətin “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsindən www.facebook.com/ActiveMomsClub və yaxud qapalı qrupundan www.facebook.com/groups/activemomsclub/ və “Instagram” səhifəsindən https://www.instagram.com/activemomsclubbaku/ izləmək mümkündür.
Təklif və istəklərinizi info@activemoms.club elektron ünvanına göndərə bilərsiniz.
Sevindirici haldır ki, 3 illik əmək boşa sərf olunmadı. Bundan sonra “Active mom’s Club” öz fəaliyyətini yeni formatda, qeyri-hökumət təşkilatı çərçivəsində “Ailələrin inkişafı üzrə maarifləndirmə” ictimai birliyi olaraq davam etdirəcək.
Ötən ilin sonunda təşkilat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyini alaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək fəaliyyətə başladı. Sosial layihələr və proqramlar, ictimai kampaniyalar “Ailələrin inkişafı üzrə maarifləndirmə” ictimai birliyinin perspektivləri sırasındadır. İctimai birlik çərçivəsində ailə ictimailəşməsinin şərtləri, konstruktiv danışıqlar və şəxsi inkişaf üçün faydalı görüşlər, treninqlər nəzərdə tutulur. Qeyri-hökumət təşkilatı yerli dövlət qurumları, qeyri-hökumət təşkilatları və xarici ictimai birliklərlə faydalı əməkdaşlığa hazırdır.
Son olaraq əlavə edək ki, kimlərləsə analar cəmiyyətinin 3 illik fəaliyyəti dövründə uzun müddətdir dostluq bağları mövcuddur, kimlərsə hələ yenicə cəmiyyətin sıralarına daxil olub. Lakin “Active mom’s Club” komandası ümid edir və inanır ki, cəmiyyət üzv olan analar üçün unudulmaz, xoşbəxt anlar bəxş edəcək.
Foto: Simon Peter
Video: Murad Aslan