Bakıda “Toyota” markalı minik avtomobil yanıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, şəhərin Xətai rayonunda sahibi məlum olmayan ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda dayanmış vətəndaşa məxsus “Toyota” markalı minik avtomobilinin ön hissəsi yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
İ.N
www.oxu.az