Bakıda partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı otluq sahədə yanğın başlayıb. Binanın birinci mərtəbəsində yaşayan Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman istilik xətlərinin keçdiyi hissədə naməlum səbəbdən partlayış baş verib. Nəticədə hər iki şəxs xəsarət alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayışın səbəbləri və mənbəyinin dəqiqləşdirilməsi üçüm araşdırmalara başlanılıb.
02:22
Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında partlayış baş verib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, qeyd olunan ünvanda yerləşən binanın həyətində otlaq sahəsi yanıb.
Binanın birinci mərtəbəsində yaşayan sakinlər Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman naməlum səbəbdən partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar. Vəziyyətləri ağırdır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar partlayışın nə səbəbdən baş verdiyini dəqiqləşdirmək üçün araşdırma aparırlar.
S.B.
www.oxu.az