Bakının Nəsimi rayonunda intihar etmək istəyən şəxs yüksək mərtəbəli binaya qalxıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, onu xilas etmək istəyən polis əməkdaşı həmin şəxsə əlini uzadaraq “Əlini verməsən, kişi deyilsən, alçaqsan!” deyərək onu ölümdən xilas edib.
Bununla da intihar etmək istəyən şəxs polis əməkdaşına əlini verərək binanın damından düşüb.
A.M.