Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda qadın sürücü övladının həyatı ilə oynayərkən - VİDEO
İzlədiyiniz bu kadrlar avqustun 21-də Bakıda qeydə alınıb. Babək prospektindən «Əhmədli» metrostansiyasına tərəf gedən yoldakı körpünün sağ tərəfində çəkilən bu kadrlar sözün əsl mənasında təhlükədən xəbər verir.
Oxu.Az xəbər verir ki, oxuculardan birinin Avtosfer.az-a təqdim etdiyi kadrlardan görünür ki, «KIA» markalı, 99 CG 713 dövlət nömrə nişanlı avtomobilin luku açıqdır və lukdan yarıya kimi bayıra çıxmış azyaşlı uşaq təhlükəli hərəkətlər edir.
Bunu görən arxadan gələn avtomobilin sürücüsü dərhal bu kadrları lentə alıb və bizə göndərib.
Oxucu bildirir ki, avtomobili qadın sürücü idarə edirmiş və o, uşağın bu hərəkətlərinə laqeyd yanaşırmış: Oxucumuz isə bu mənzərədən çox təsirlənib: «Uşaq lukdan yarıya qədər bayıra çıxmışdı və oynayırdı. Ayaqlarını da qabaq oturacağın üstünə qoyub dayanmışdı. Allah eləməmiş, əgər qəfil tormoz olsaydı və ya başqa bir maşın həmin maşını sıxsaydı, qəza baş versəydi, avtomatik olaraq o uşaq lukdan yerə düşəcəkdi. Təsəvvür edin ki, o cür şəraitdə azyaşlı və köməksiz bir uşaq asfaltın üstünə çırpılır və ya arxadan, yandan gələn digər maşınların altında qalır. Videonu sizə göndərirəm ki, paylışasınız və bir daha belə işlər görməsinlər».
Əlbəttə, oxucumuz haqlıdır. Bu, yol hərəkətində olduqca təhlükəli hərəkətdir. Hər halda, başqa bir vətəndaş bu uşağa görə narahat olursa, valideyn bundan daha artıq narahat və diqqətli olmalıdır.

"Bakı" teqi üzrə xəbərlər
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ