Son günlər rayonlardan Bakıya at və eşşək ətinin gətirilməsi hallarının artması paytaxt sakinlərində ciddi narahatlıq doğurub.
Oxu.az Xezerxeber.az-a istinadən xəbər verir ki, xüsusilə də yol kənarlarında, eləcə də, ara küçə və məhəllələrdə satılan qutab və peraşkilərin hazırlanmasında istifadə olunan ətin mənşəyi şübhələnməyə əsas verir. Gigiyena ve Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından bəzi sahibkarlar bundan sui-istifadə edirlər. Belə obyektlərdə satılan ətin mənşəyi isə bilinmir.
Hər hansı yoxlama aparılmadığından sahibkarların belə müəssisələrdə rahatlıqla mənşəyi məlum olmayan ət satmaları mümkündür. Amma vətəndaş özü ətlə bağlı lazımi sənədləri tələb edə bilər.
Xəbərlə bağlı videomaterialı təqdim edirik :
C.İ
www.oxu.az